Çexiya üçün məqsəd iki firavan, sülhsevər ölkəyə (Azərbaycan və Ermənistan - red.) sahib olmaqdır. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya parlamentinin sədri Marketa Pekarova Adamova deyib. 

O, erməni həmkarı Alen Simonyanla birgə mətbuat konfransı zamanı bildirib ki, Çexiya hər iki ölkənin suverenliyini tam dəstəkləyir.

Spiker İrəvandan sonrakı səfərinin Bakıya olacağını açıqlayıb: "Mən Bakıya səfərim zamanı məsələ qaldıracağam ki, onlar niyə Ermənistan nümayəndələrinin hörmətlə qarşılayacağı həll yollarını tapmaq istəmirlər. Biz bütün imkanlarımızdan istifadə edərək, Azərbaycan nümayəndələrinə danışıqlarda iştirakını davam etdirmək üçün bu cür təzyiq göstərəcəyik".

Ağarza Elçinoğlu