NATO İrəvan və Bakı arasında danışıqların tezliklə bərpasına ümid edir.
"Unikal" xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Armenpress"ə müsahibəsində deyib.
O, danışıqların müxtəlif formatlarının olduğunu açıqlayıb: "İkitərəfli format, ABŞ və Aİ formatı. Bizim üçün ən vacibi yekun nəticədir, yəni sabit sülhün olub-olmayacağıdır, çünki bu, Qafqazda sabitlik üçün çox vacib olacaq".
O vurğulayıb ki, alyans danışıqların ikitərəfli formatını da dəstəkləyir.
Nümayəndənin sözlərinə görə, Ankara İrəvanla münasibətləri normallaşdırmağa hazırdır: "Amma ola bilsin ki, ilk növbədə Ermənistan-Azərbaycan münasibətlərində irəliləyiş gözləyir".
Ağarza Elçinoğlu