Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nə qədər təhlükəli olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

O, bu gün keçirdiyi brifinqdə Ermənistanın NATO-ya üzv olmaq istəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, rəsmi İrəvan bu cür qərarlar qəbul etməzdən əvvəl ölkədəki vəziyyəti təhlil etməlidir: "Biz Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, nəyin faydalı olduğunu, qısamüddətli  və uzunmüddətli perspektivdə nəyin fayda gətirdiyini anlamalı və bundan çıxış etməliyik. Qərbdə hamıya söz verirlər. Mənə sadəcə onların harada və nə etdikləri maraqlıdır". 

Ağarza Elçinoğlu