Biləsuvar rayonunda 9-cu sinif şagirdinin ölümü ilə bağlı məsələyə aydınlıq gətirilib. 

"Unikal" xəbər verir ki, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin yaydığı məlumatda deyilir: 

"Xəbər verdiyimiz kimi, Mübariz İbrahimov adına liseyin 9- cu sinif şagirdi Əmirli Nuray Üzeyir qızı xəstəlikdən vəfat edib. 

Bununla bağlı rəsmi sosial şəbəkə hesabımızda məlumat paylaşılıb. Təəssüflər olsun ki, bir neçə sosial şəbəkə istifadəçiləri və saytlar vəfat edən şagirdimizlə ad soyad oxşarlığı olan digər səhhətində problem olan şagirdi səhv salıblar. Və paylaşımlarda həmin şagird haqqında məlumatlar verilib və foto, videosu paylaşılıb. 

Bir daha mətbuat nümayəndələrindən xahiş edirik ki, hər hansı bir məlumat verən zaman rəsmi məlumatlara istinad etsinlər. 

Vəfat edən şagirdimizə Allahdan rəhmət, xəstəlikdən əziyyət çəkən və müalicəsi davam edən Nuraya isə şəfa diləyirik.

Qeyd edək ki, Nuray Əmirli  Cəlilabad rayonunun Hacıcavad kəndində dəfn olunub".

*** 21:57

Ölüm xəbəri yayılan 9-cu sinif şagirdi Nuray Əmirli sağdır.

"Unikal" xəbər verir ki, bununla bağlı Nurayın anası video-müraciətində bildirib.

O, qızının ölmədiyini və əməliyyat olunduğunu bildirib. 

*** 17:11

Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə liseyin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, liseyin 9-cu sinif şagirdi Əmirli Nuray xəstəlik səbəbindən dünyasını dəyişib.