Məşhur aktyor Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizer və oğlu Kurt Efe ilə Londonda görüşəcəkləri xəbəri ilə bağlı açıqlama verib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor yayılan xəbərləri əsassız adlandırıb:
""Övladlarının təhsili üçün Londona gedirlər" xəbəri doğru deyil. Xeyr, biz köçmürük. Film, serial və reklam layihələrim buradadır və burada işləməyə davam edirəm. Həm də oğlum cəmi 21 aylıqdır. Bu xəbərlərə inanmayın. Hörmətlə", -Tatlıtuğ yazıb.