Ötən il Azərbaycanda 54 min nikah, 113 min doğum halı qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib.

İclasda 5.2 milyon notariat hərəkətinin, 290 min vətəndaşlıq vəziyyəti aktının rəsmiləşdirildiyi bildirilib. Nikahların sayı 54 mini, doğum halları 113 mini ötüb. Notariuslar tərəfindən aparılan əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 75 milyona yaxın vəsait dövlət büdcəsinə köçürülüb.