Ötən il aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib.

"Həyata keçirilən təsirli tədbirlər nəticəsində 2023-cü ildə icrası təmin edilən işlərin sayının 10%-dən çox artaraq 570 minə yaxın sənədin icrasının təmin edildiyi, hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın, o cümlədən aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdirilib", - deyə iclasda qeyd olunub.