Fələstin Azadlıq Təşkilatının (FAT) bütün üzvlərinin ABŞ-yə girişi qadağan edilib. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatası qanun layihəsini qəbul edib.

Nümayəndələr Palatasının 422 üzvü qanun layihəsinin lehinə, iki qanunverici isə əleyhinə səs verib.

Qanun layihəsi həmçinin Fələstinin HƏMAS və İslami Cihad hərəkatları ilə əlaqəsi olan şəxslərin, habelə 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edən şəxslərin ABŞ-yə girişini qadağan edir.

Ağarza Elçinoğlu