Gəzinti zamanı yandırılan kalorilərin sayı məşqin sürətindən və insanın çəkisindən asılıdır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avstraliyanın Qərbi Sidney Universitetinin nevroloqu Heidi Moavad deyib. 

Həkim, yandırılan kalorilərin sayının 45 kiloqramdan 136 kiloqrama qədər olan böyüklər arasında dəyişəcəyini söyləyib.

"İnsan nə qədər çox çəkiyə sahibdirsə fiziki fəaliyyət zamanı bir o qədər çox kalori yandırır. Gəzinti sürəti də böyük əhəmiyyət kəsb edir. Sürətlə yeridiyiniz zaman enerji daha tez tükənəcək". 

Moavad, bir mil (1,61 km) orta sürətlə getməyin 45 kiloqram ağırlığında bir insan üçün təxminən 53 kalori yandıracağını söyləyib. 72 çəkisi olan bir insan üçün bu rəqəm 85-ə (yavaş templə) və ya 91 kaloriyə (sürətli tempdə) qədər dəyişir.  

Gülayə Mecid