Ermənistan bu gün rəsmən Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur. 

"Unikal" xəbər verir ki, Roma Statutu Ermənistan üçün fevralın 1-dən qüvvəyə minir.

Oktyabrın 3-də Ermənistan parlamenti 60 səslə Roma Statutunu ratifikasiya edib, prezident Vaaqn Xaçatryan isə oktyabrın 14-də onu imzalayıb, bundan sonra xarici işlər naziri bu barədə cinayət məhkəməsinə məlumat verib.

Bundan təxminən iki saat sonra Kreml Roma Əsasnaməsinin ratifikasiyasının ikitərəfli münasibətlər baxımından düzgün addım olmadığını açıqlayıb.

Ağarza Elçinoğlu