Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup tələbə və müəllimi British Council (Beynəlxalq mədəni və təhsil imkanları üzrə ixtisaslaşmış Britaniya təşkilatı) tərəfindən keçirilən “Researcher Connect” adlı təlim-seminarın iştirakçısı olublar.

"Unikal" xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və British Council-ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva onlayn formatda baş tutan 2 həftəlik təlim sessiyanın sonunda ATMU-nun İqtisadiyyat kafedrasının müəllimi Kamil Kamilli, İctimai fənlər kafedrasının müəllimləri–Fatimə Süleymanova, Nuridə Süleymanova, o cümlədən ali təhsil müəssisəsinin doktorantı Ayşən Hüseynova və magistrant tələbə Tural Məmmədliyə fəal iştiraka görə adıçəkilən təşkilatın sertifikatlarını təqdim ediblər.

British Council tərəfindən onlayn “Researcher Connect”adlı təlim-seminarların keçirilməsində başlıca məqsəd tədqiqatçıların peşəkar vərdişlərinin daha da genişləndirilməsi, beynəlxalq, multikultural dəyərlər çərçivəsində mükəmməl ünsiyyət bacarıqlarına sahiblənmələri, eyni zamanda beynəlxalq tədqiqat mühitində rəqabət üstünlüyünün təmin edilməsindən ibarətdir.