"Azərbaycan xalıq sağlam yaşamalıdır. Əhalimizi geni dəyişdirilmiş məhsullardan xilas etmək lazımdır"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. 

Deputat bildirib ki, Azərbaycanda satılan kənd təsərrüfatı məhsullarının üzərində məlumatlar öz əksini tapmalıdır:

"Bəzən deyirlər ki, heç kim acından ölmür, kifayət qədər ərzaq var. Afrikada belə acından ölmürlər və s. Doğrudur, indi məhsullar çoxalıb. Onlar da geni dəyişdirilmiş məhsulların hesabına çoxalıb. Ola bilsin insanlar bir az çox yaşayır. Amma xəstə yaşayır. İnsanların 90 faizi geni dəyişdirilmiş məhsulların qəbuluna görə uşaqlıqdan axıra kimi xəstə olur, müəyyən orqanları sıradan çıxır. Ömür boyu dərmanlar qəbul edib sağlamlığını qoruyub saxlamağa çalışırlar".

T.Kərimli qeyd edib ki, hər şeyin geni dəyişdirilib. Onun sözlərinə görə, heyvanlara geni dəyişdirilmiş yem məhsulları yedizdirilir: "Azərbaycan əhalisini geni dəyişdirilmiş zəhərli, öldürücü məhsullardan xilas etmək lazımdır".

Anar Kəlbiyev