"Fiziki məhdudiyyəti olan qızların əksəriyyəti yetkinlik yaşına çatana qədər cinsi zorakılığa məruz qalır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib. O bildirib ki, bu gün dünyada 700 milyondan artıq əlilliyi olan qadınlar və qızlar mövcuddur:

“Qadınlar arasında əlillik 19-20 % təşkil edir. Qadınlar və qızlar daha çox fiziki və məişət zorakılığına məruz qalır. Fiziki məhdudiyyəti olan qızların əksəriyyəti yetkinlik yaşına çatana qədər cinsi zırakılığa da məruz qalır. Ona görə əlavə olaraq fiziki imkanları məhdud olan qadınların və qızların məişət zorakılığından qorunması ilə bağlı “Məişət zorakılığı haqqında” qanunun 16-cı maddəsinə yeni maddə əlavə edək. Çünki qadınların və qızların məişət zorakılığından qorunması istiqamətində dünya səviyyəsində hüquq kifayət etmir”.

Anar Kəlbiyev