Qadınların iş və sosial həyatı daim maraq mövsuzundadır. 

"Unikal" xəbər verir ki, yeni bir araşdırma cəmiyyətin iki cins arasındakı balanssızlığını ortaya qoyub. Maraqlıdır ki, 16-59 yaş arası kişilərin təxminən dörddə biri qadınların daha asan həyat sürdüyünü düşünür. 

Bu nəticə London Kral Kolleci və Qlobal Qadın Liderliyi İnstitutunun araşdırmasından əldə edilib. 

Ümumilikdə, ictimaiyyətin 48 faizi qadın olmağın bu gün kişi olmaqdan daha çətin olduğunu, 14 faizi isə əksini bildirib.

İnsanların 43 faizi feminizmin cəmiyyətə zərər verməkdənsə, fayda verdiyini desə də, yüzdə 12-si bunun əksini düşünüb. 16-29 yaş arası kişilərin 36 faizi feminizmin cəmiyyətə zərərdən çox xeyir verdiyini bildirib. 

KCL-dən professor Bobby Duffy deyib:"Demək lazımdır ki, gənc kişilərin əksəriyyəti bu gün hələ də qadın olmağın daha çətin olduğunu düşünür, feminizmin zərərdən çox xeyir verdiyini bildirir. Bu gün cəmiyyətimizdə qadın olmaq daha çətindir". 

Gülayə Mecid