Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılması ilə əlaqədar "Təmiz Şəhər" ASC-nin strukturunda dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.

"Artıq bizdə nəqliyyat vasitələrinin utilizasiya şöbəsi fəaliyyət göstərir. Həmin şöbənin müdiri Mirzə Laçınovdur", - deyə o bildirib.