İctimai yerlərdə etdiyi qeyri-etik hərəkətləri ilə qınağa səbəb olan Əli-Afiyəddin Cəlilovun atası açıqlama verib. 

"Unikal" xəbər verir ki, Baku TV-yə danışan Nihat Cəlilov hamıdan üzr istəyib. 

"Son zamanlar olan hadisələr bizim ailəni çox sarsıdıb. Mənim oğlum etdiyi bütün hərəkətlərinə görə kiməsə mənəvi ziyan vurubsa, mən Afiyəddinin atası olaraq hamıdan üzr istəyirəm. O, yeniyetmə uşaqdır hələ. Afiyəddin Bakıda tibb müəssislərinin birində müalicəsini davam etdirir", - deyə Nihat Cəlilov bildirib.