"Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq ölkəmizdə bu gün qeyd olunur".

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, 10.176 milyon vətəndaşımızın 3.057 milyonu 15-35 yaşında, 2.3 milyonu isə 14-29 yaşında olan gənclərdir:

"Bu, ölkəmizdə hər 3 nəfərdən birinin gənc olması deməkdir. Gənclərin 48.3 faizini qadınlar təşkil edir. Gənclərin 52.7 faizi şəhər, qalanı isə kənd yerlərində yaşayırlar".