Ukrayna məhkəməsi rusiyalı bloger Yuri Podolyak barəsində qiyabi hökm çıxarıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti Teleqram kanalında məlumat yayıb.

Qeyd olunur ki, Podolyak Vinnitsa vilayətində dövlətə xəyanətdə təqsirli bilinib.

Məlumata görə, o, Rusiyanın hərəkətlərinə haqq qazandırmaqla yanaşı, ölkədə sərhədlərin və siyasi sistemin dəyişdirilməsinə çağırış edib Podolyak 15 il müddətinə azadlıqdan məhrum edilib.

Nuranə Abbasova