Xəbər verdiyimiz kimi, Türkiyə Mərkəzi Bankının sədri Hafize Qaye Erkan istefa verib. 

"Unikal" Erkanın istefa məktubunu təqdim edir. 

“İctimaiyyətə məlum olduğu kimi, 2023-cü il iyunun 8-dən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının prezidenti vəzifəsində çalışıram.

Hər qarış torpağının bədəlinin ödəndiyi bu torpaqda doğulub boya-başa çatan, təhsil alan bir vətəndaş kimi bu müqəddəs borc mənə həvalə olunduğu zaman şəxsi vəziyyətimə həməiyyət vermədən Vətənimə gələrək vəzifəmin başına keçdim. O vaxt mən hələ bir yaşı tamam olmamış bir uşaq anası kimi belə gərgin bir işin öhdəsindən gəlməyin çətinliyini təbii ki, bilirdim. Dövlətimizə, millətimizə xidmət etmək üçün gecə-gündüz yorulmadan öz vəzifəmdə olmuşam. Bu məqamda iqtisadi proqramımız öz bəhrəsini verməyə başlayıb. Ehtiyatlarımızın artması, iqtisadi göstəricilər və inflyasiyanın əsas tendensiyasının göstəriciləri bu uğurun sübutudur.

Bütün bu müsbət hadisələrə baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar mənə qarşı böyük reputasiya zədələnməsi kampaniyası təşkil olunub. Ailəmin və heç bir yaş yarımı olmayan günahsız övladımın bu prosesdən daha da təsirlənməsinin qarşısını almaq üçün Cənab Prezidentimizdən xahiş etmişəm ki, ilk gündən indiyədək şərəflə yerinə yetirdiyim vəzifəmdən azad olunum. 

Məni Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ilk qadın sədri olmaqdan qürurlandıran xəzinə və maliyyə nazirimizə, təxminən 9 aydır bu vəzifədə birlikdə gecə-gündüz böyük fədakarlıqla çalışdığım həmkarlarıma minnətdarlığımı bildirirəm. 

Xüsusilə, Amerikada özəl sektorda 22 illik idarəçilik və bankçılıq təcrübəmdən sonra mənə ən böyük miras olan vətənimə, millətimə xidmət etmək imkanı yaradan və səlahiyyət müddətim boyunca dəstəyini heç vaxt əsirgəməyən cənab Prezidentimizə minnətdarlığımı bildirirəm.

Hörmətlə".

Nuranə Abbasova