Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ölkə prezidenti Volodimir Zelenskiyə hərbi əməliyyatların gedişi, xüsusən də Avdeyevka yaxınlığındakı çətin vəziyyət barədə məruzə edib.

"Unikal" xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında yazıb. 

“Cəbhədəki vəziyyət müzakirə olundu. Bütün əsas istiqamətlər üzrə, xüsusilə Avdeyevkada vəziyyət. Baş komandan Zalujnı və istiqamət komandirləri hesabat verdilər”, - deyə Zelenski yazıb.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski döyüş meydanındakı vəziyyətlə bağlı məruzə edib.

Nuranə Abbasova