Fevralın 3-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın şərqində İranyönlü silahlı qrupların mövqelərini bombalaması nəticəsində azı 18 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Suriya Müdafiə Nazirliyinin Deyr əz-Zor əyalətində gecə partlayışları ilə bağlı açıqlamasına görə, hava hücumları “bir sıra mülki şəxslərin və hərbçilərin ölümü, yaralanması, dövlət və şəxsi əmlaka xeyli ziyan vurulması” ilə nəticələnib. Açıqlamada ABŞ-ın zərbələrinin Suriya ordusu və müttəfiqlərinin terrorizmə qarşı mübarizə imkanlarını zəiflətmək cəhdi olduğu vurğulanıb.

ABŞ Mərkəzi Komandanlığı isə bildirib ki, Suriyadakı 85-dən çox hədəfə endirilən hava zərbələri İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid “Əl-Qüds” xüsusi təyinatlılarına və onunla əlaqəli qruplara yönəlib.