Gürcüstan Cənubi Qafqazda sülh, əməkdaşlıq və sabitliyin bərqərar olması üçün səylərini davam etdirəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze deyib.

"Gürcüstan regionda balanslaşdırılmış siyasət aparmağa davam edir və bununla da regionun davamlı inkişafı prosesinə mühüm töhfə verir. Bu baxımdan, ilk növbədə, Cənubi Qafqazda sülhün və əməkdaşlığın təşviqi üçün səylər göstəriləcək. Bu məqsədlərə nail olmaq üçün qonşu dövlətlərlə uğurlu əməkdaşlığı gücləndirmək, o cümlədən milli maraqlara, strateji tərəfdaşlığa və qonşuluğa əsaslanan sərhədlərin delimitasiyası prosesini davam etdirmək lazımdır”, - o, deyə parlamentin iclasında deyib.  

Onun sözlərinə görə, Türkiyə ilə, eləcə də Azərbaycan və Ermənistanla ikitərəfli strateji münasibətlərin mövcud yüksək dinamikasının qorunub saxlanılması və möhkəmləndirilməsi vacibdir.