"Yaxın Şərq partlaya biləcək bir qazandır". 

"Unikal" xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrell deyib. 

“Biz dönə-dönə təkrar edirik ki, Yaxın Şərq partlaya biləcək bir qazandır. Və təbii ki, həm Livanla sərhəddə, həm şimalda, həm də cənubda hücumlar olur, Suriyada hücumlar olur; İraqda hücumlar var, həmçinin, Qırmızı dənizdə... Buna görə də biz hamını eskalasiyadan qaçmağa çalışmağa çağırırıq”, - Borrell bildirib.

Onun sözlərinə görə, regiondakı vəziyyət “domino effekti”ni ifadə edir.