Ravalpindi məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xan və arvadı Buşranı boşandıqdan sonra tez toya görə 7 il həbs cəzasına məhkum edib.

"Unikal" xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.  

Cütlüyə qarşı iş Xan Büşranın həyat yoldaşının iddəti – müsəlman dul qadının və ya boşanmış qadının yenidən evlənməzdən əvvəl riayət etməli olduğu İslami dövrü tamamlamadığı iddiaları fonunda qaldırılıb.

Məhkəmə İmran Xan və Büşra Bibinin evliliyini qeyri-qanuni elan edərək, onları 7 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd olunur ki, Xan cütlüyü 2018-ci ildə ailə həyatı qurub.