Çips və hisə verilmiş kolbasa ən zərərli qidalardır.

"Unikal" xəbər verir ki, bunu  rusiyalı  cərrah və uroloq Mark Qadzyan "Telegram" kanalında yazıb. 

"Ən zərərli qidalar çipslər və hisə verilmiş kolbasalardır. Onların tərkibində ən çox kanserogen var", - o, bildirib. 

Bununla yanaşı, ekspert qeyd edib ki, şəkər və duz da zərərlidir. Bununla belə, onların istifadəsinin dozalarına nəzarət edilməlidir. 

Bundan əlavə, həkimə görə, gündə bir litrdən az maye içmək zərərlidir, çünki həm urolitiyaz, həm də qan qalınlaşması riski çox artır. Həkim güclü spirtin orqanizmə zərərini də qeyd edərək, bunun beynin neyronları üçün çox təhlükəli olduğu barədə xəbərdarlıq edib.