İtaliyanın sonuncu kralı II Umbertonun oğlu Savoylu Vittorio Emanuele 86 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə ASNA agentliyi məlumat yayıb.
"Bu səhər saat 07:05-də Savoya hersoqu və Neapol şahzadəsi Əlahəzrət Vittorio Emanuele Cenevrədə ailəsinin əhatəsində dinc şəkildə vəfat edib", - məlumatda deyilir.