Rusiya prezidenti Vladimir Putinlə sevgili olduğu iddia edilən keçmiş gimnast Alina Kabayevanın ev dustaqlığında olduğu iddia edilib.

"Unikal" xəbər verir ki, son aylar tez-tez ictimaiyyət qarşısına çıxan “Putin öldü” və “Putinin dublyorluğu” iddialarının mənbəyinin Kabayevanın olduğu iddia edilib. 71 yaşlı Putinlə eşq macərası yaşadığı deyilən və bu iddia ilə bağlı heç vaxt danışmayan Kabayeva idman karyerasından sonra mediaya keçib. 

Putinlə yaxından əməkdaşlıq edən Kabayeva ilə Rusiya prezidenti arasında soyuqluq olduğu, Kabayevanın bəzi “qeybətlər” ortaya atdığı və buna görə də eşq həyatını korladığı deyilir.

İngilis mediası "Putinin sevgilisi Rusiya liderinin münasibət quracağı sonuncu qadın idi" başlığı yazısında Kabayevanın dedi-qodu etdiyi üçün ev dustaqlığına salındığı qeyd edilib. Onunn Putinin Rusiya və Finlandiya sərhədi yaxınlığındakı Kareliya meşəsindəki nəhəng bağ evində qaldığı iddia edilirdi. Rusiya siyasəti ilə bağlı təhlilləri ilə tanınan Dr. "Kabayeva ev dustaqlığındadır", - Valeri Solovey bildirib. Digər tərəfdən İngiltərə mediası 40 yaşlı Kabayevanın təhlükəsizlik səbəbi ilə burada yaşamaq istəmədiyini iddia edib. Müxalifətin Rusiyadakı Telegram hesablarında “Kölgə birinci xanım məhbus oldu” şərhi yazıb.

Gültəkin Ələsgər