Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində yaralanan 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"Unikal" Azərtac-a istinadən xəbər verir ki, yaralıya partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub.

Xəstə əməliyyata hazırlanır, vəziyyəti ağır qiymətləndirilir.