Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, fevralın 3-də Ermənistan tərəfindən sərhədi qanunsuz keçməyə cəhd edən Çexiya vətəndaşı saxlanılıb.
"Unikal"
xəbər verir ki, yayılan məlumatlara görə, o, “casusluq”da şübhəli bilinir, araşdırma aparılır.

Azərbaycan tərəfi hadisə ilə bağlı Çexiyanın Azərbaycandakı səfirliyinə məlumat verildiyini qeyd edib.
Çexiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Marina Vernerova öz ölkəsinin vətəndaşının Ermənistan-Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanıldığı barədə məlumatı təsdiqləyib.

İdarənin mətbuat katibi əlavə edib ki, diplomatik nümayəndəlik saxlanılan şəxsin ailəsi ilə əlaqə saxlayır.