Gözdə uçuşan cismlər cəmiyyətdə bir çox insanda görülür və həyat keyfiyyətini aşağı salır.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bu əlamətlərin  insanlarda görmə qabiliyyətini azaldan ciddi problemlərə səbəb ola biləcəyini qeyd ediblər.

Bəzən bu cismlər  bir və ya hər iki gözdə görünə bilir. Hər iki halda bu, tor qişanın qopması , göz iltihabı, diabet və yüksək qan təzyiqi kimi əsas xəstəliklərin əlaməti sayılır.
Əgər bu xəstəliklərdən qaynaqlanmırsa, onun yaranmasının ən çox görülən səbəbi yaşla birlikdə gözün linzaları ilə tor qişa arasını dolduran şüşəvari maye adlanan cismin strukturunda təbii dəyişikliklər ola bilər. 

Problemin kök səbəbini müəyyən etmək üçün oftalmoloqa müraciət etmək faydalıdır.
Göz önündə uçuşan cismlər nöqtələr, quyruqlar və ya hörümçək torları kimi görünə bilər. Əgər xəstənin gözdə uçan cismləri görmək kimi problemi varsa, bunlar mütləq optik illüziyalar deyil, şüşəvari mayedə üzən hissəciklərdir. Bu hissəciklər göz almasının formasını saxlamağa kömək edən şüşəvari mayedən keçərkən torlu qişamıza kölgə salır. Xəstəliyin başqa bir adı da degenerativ vitreus kimi tanınır.

Zərifə Nağıyeva