Hindistanın Madhya Pradeş ştatında pirotexnika fabrikində güclü partlayış baş verib.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Bayiraqarh kəndində baş verən hadisə nəticəsində 11 nəfər həyatını itirib, yaralıların sayı isə 18-ə çatıb. Əraziyə 50-dən çox təcili tibbi yardım, 400 yanğınsöndürən və xilasedicilər cəlb edilib.

Yanğından sonra bir neçə partlayış baş verib, yaxınlıqdakı 60 ev dağılıb,sakinlər təxliyə edilib.

Zərifə Nağıyeva