Avropanın bir çox ölkəsində davam edən etirazlara qatılan ispan fermerlər ölkə daxilində traktorları ilə yol blokadası təşkil ediblər. 

“Unikal” xəbər verir ki, fermerlər İspaniyanın Sevilya, Toledo, Qranada, Huelva, Saraqosa, Syudad Real, Valensiya, Malaga, Mursiya, Tarraqona, Lleyda və Madrid kimi bir çox şəhərlərində magistral yollara çıxıb, traktorları ilə nəqliyyatın hərəkətini ləngidiblər və zaman-zaman yolları bağlayıblar.

Sosial media qruplarında mesajlaşma yolu ilə təşkilatlanan ispan fermerlər bu gün həm Avropa İttifaqının (AB), həm də İspaniya hökumətinin kənd təsərrüfatı siyasətinə  qarşı ilk böyük nümayişlərini keçiriblər. Fermerlərin etiraz aksiyaları dinc xarakter daşısa da, ölkə daxilində mühüm magistral yollarda nəqliyyatın hərəkətini dayandırdığı müşahidə edilib. 

Zərifə Nağıyeva