ABŞ yavaş-yavaş seçki atmosferinə girdiyi bir vaxtda diqqətçəkən bir iddia ortaya atılıb. 

"Unikal" xəbər verir ki, Amerika mediası ölkənin keçmiş liderlərindən biri, iki müddət prezident olmuş Barak Obamanın həyat yoldaşı Mişel Obamanın seçki yarışına qatılacağını yazıb.  

Ölkənin ən çox oxunan tabloid qəzetlərindən olan "New York Post"un yazıçısı Sindi Adams da Obama ailəsinin seçki fəaliyyətinə başladığını bildirib. 

Qəzetin məlumatına görə, hazırda Demokratlar Partiyasının namizədi olan prezident Co Bayden yarışdan çəkilmək qərarını may ayında açıqlayacaq. Mişel Obamanın namizədliyi avqustda keçiriləcək Baş Assambleyada irəli sürüləcək.

Gülayə Mecid