İranın paytaxtı Tehranın cənubundakı Xavərşəhr şəhərində plastik anbarında yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Tehran Bələdiyyəsinin Yanğınsöndürmə İdarəsi və Təhlükəsizlik Xidmətinin sözçüsü Seyid Cəlal Mələki açıqlayıb. 

Onun sözlərinə görə, dünən gecə qeydə alınan yanğın söndürüldükdən sonrsa 3 nəfərin cəsədi tapılıb.

Axtarışlar davam edir. 

Ağarza Elçinoğlu