4-cü respublika dedikdə, daxili mənada qəbul edilmiş yeni Konstitusiyanı nəzərdə tuturam. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlaıb. 

O, 4-cü respublika ilə bağlı əvvəlki bəyanatına aydınlıq gətirərkən deyib: "Hakimiyyətin konstitusiya referendumunu saxtalaşdırmağa çalışması məsələsini müzakirə etməyəcəyəm. Əvvəla, bizim hakimiyyət dövründə heç bir səviyyədə seçkilərin saxtalaşdırılması olmayıb. Bizim idarəçilik dövründə kimsə seçkini saxtalaşdırmağa cəhd etsə belə, bacarmır. Əminəm ki, parlament çoxluğunun başçılarında belə bir fikir yaranmayacaq".

Paşinyanın sözlərinə görə, hazırda 3-cü respublika Ermənistan SSR kimi görünür: "Əvvəlcə bunun vacib olduğu anlayışı olmalıdır, sonra məzmuna keçməliyik. Belə bir ənənə var ki, Konstitusiyanın ya indiki hakimiyyətə, ya da indiki rəhbərə uyğunlaşdırılmasına cəhd edilir, amma bizim belə bir niyyətimiz yoxdur". 

Ağarza Elçinoğlu