Moskva vilayətinin Stupino şəhərində 27 avtomobil toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yayıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Zəncirvari qəzada M-4 avtomobil yolunun 86-cı km-də avtomobillərin hərəkəti tamamilə dayandırılıb.