Rusiya Federasiyası və Ermənistan Respublikasının bir-biri qarşısında, o cümlədən ərazi bütövlüyü, suverenliyinin qorunması və təhlükəsizliyi baxımından öhdəlikləri var.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. 

O, jurnalistin xarici siyasi vektorun dəyişməsi ilə bağlı Rusiyanın Ermənistandan müəyyən siqnallar alıb-almadığı sualını belə cavablandırıb: "Ölkələrimiz tərəfdaş olmaqda davam edir və biz ümid edirik ki, Ermənistanın hakimiyyət orqanları mövcud geosiyasi dəyişikliklər fonunda düzgün seçim edərək bütün bunları nəzərə alacaqlar. İrəvan həmçinin KTMT-nin kollektiv təhlükəsizlik zəmanəti altındadır, o cümlədən mümkün hərbi təcavüz halında". 

Ağarza Elçinoğlu