Bu gün Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası), eləcə də Pəncab, Sind, Bəlucistan və Xayber Paxtunxva əyalətlərinin qanunverici orqanlarına seçkilər keçiriləcək.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Milli Assambleyadakı yerlər üçün 5 minə yaxın namizəd, regional qanunvericilik orqanlarında yerlər üçün təxminən 12 min nəfər mübarizə aparır.

160-a yaxın partiya və birlik qeydiyyatdan keçib.