Amerika prezidenti Co Bayden ABŞ-ni dünyanın ən mühüm ölkəsi adlandırıb. 

"Unikal" Ağ Evin mətbuat xidmətinə istinadla xəbər verir ki, o, bu barədə Nyu-Yorkda seçki kampaniyasında çıxışı zamanı bildirib.

Baydenin sözlərinə görə, ABŞ həqiqətən də ən vacib dövlətdir. Yaxın Şərq, Tayvan boğazı və Ukrayna kimi dünyanın bir çox regionunda vəziyyət Vaşinqtonun mövqeyindən kritik dərəcədə asılıdır.

Həmçinin, Bayden bildirib ki, keçmiş dövlət başçısı Donald Tramp ekzistensial təhlükə yaradır və demokratların əldə etdiyi hər şeyi ləğv etməyə çalışır.

Gülayə Mecid