Rusiya Federasiyasının prezidenti postu uğrunda mübarizədə 4 nəfər qalıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar LDPR lideri Leonid Slutski, Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, hazırkı dövlət başçısı, özünün namizədliyini irəli sürmüş Vladimir Putin və Yeni Xalq Partiyasının üzvü Vladislav Davankovdur. 

Sözügedən şəxslər Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasının yoxlamalarından sonra prezident postu uğrunda mübarizədə qalıblar. 

Bundan əvvəl Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası Sergey Malinkoviç və Boris Nadejdini seçkilərdə qeydə almayıb. 

Ağarza Elçinoğlu