Ermənistanla Azərbaycan arasında dialoqda Rusiyanın rolunun alternativi yoxdur. 

"Unikal" xəbər verir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Qaluzin qeyd edib ki, Rusiyanın hazırkı vəzifəsi hər iki ölkəyə barışıq və dinc qarşılıqlı fəaliyyət yollarını tapmaqda kömək etməkdir: "Məhz Rusiyanın himayəsi altında, məhz prezident Vladimir Putinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasında nizamlanmanın əsasları yaradılıb".

Onun sözlərinə görə, Rusiya sülh müqaviləsinin bağlanması ilə bağlı bütün məsələlər üzrə yardım göstərir: "Rusiya tərəfində Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üçün lazım olan materiallar var".

O, həmçinin qeyd edib ki, Moskva hər zaman dialoq üçün platforma təqdim etməyə hazırdır.

Ağarza Elçinoğlu