Haitidə baş nazir Ariel Henrinin istefası tələbi ilə keçirilən aksiyalarda 6 nəfər ölüb, onlarla insan yaralanıb.

“Unikal” xəbər verir ki, ölkənin bir çox şəhərində keçirilən aksiyalarda  minlərlə insan polislə toqquşub. 

Çox sayda adamın saxlanıldığı qarşıdurmada təhlükəsizlik qüvvələrinin nəzarəti itirdiyi və dəstələrin içəri girdiyi iddia edilib.

Ölkə daxilində meydanlara çıxan minlərlə insan baş nazir Henrinin "təhlükəsizliyi təmin edə bilmədiyi və iqtisadi böhrana çarə tapa bilməməsi " səbəbiylə istefasını tələb edib.

Zərifə Nağıyeva