Türkiyənin Bursa şəhərində dəhşətli ailə faciəsi baş verib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbsdən yeni çıxan 29 yaşlı A.B. mübahisə zəmnində valideynlərini ov tüfəngi ilə vurub. Bununla yanaşı o,  25 yaşlı qardaşını da yaralayıb. Silah səslərinin üzərinə qonşular polisə məlumat verib. 

Cani yaralı qardaşını boğazını kəsərkən polislər tərəfindən hadisə yerindəcə saxlanılıb. O, ilkin ifadəsində iş tapa bilmədiyi və  bu səbəbdən ailəsi ilə mübahisə etdiyini açıqlayıb. 

Gülayə Mecid