Gürcüstanın İmereti və Acarıstan bölgələrində güclü yağışlardan torpaq sürüşməsi baş verib.

"Unikal" xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə,  təbii fəlakət nəticəsində 11 nəfər həyatını itirib. 

İmerti bölgəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib. Acarıstan bölgəsinin Tsoniaris və Txilvana kəndlərində isə torpaq sürüşməsi nəticəsində iki nəfər həyatını itirib.