Ölkəmizin siyasətində dönüş nöqtəsi olan 14-28 may seçkilərində Adıyaman bizi dəstəklədi. 

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Adıyaman Bələdiyyə Başçı Namizədləri Təqdimat Yığıncağında deyib.

Ərdoğan zəlzələnin ildönümündə görülən işlərdən əlavə bildirib ki, bu gün həm də Adıyamana minnət borcunu ödəməyə gəlib: "Adıyamanlılar sui-istifadə edərək hakimiyyət arzusunda olan fürsətçilərə imkan vermədilər, hiylələrinə qapılmadılar. Son 8 ayda baş verənlərə nəzər saldıqda Adıyamanın necə düzgün, dəqiq və tədbirli seçim etdiyini açıq şəkildə görə bilərik".

Türkiyə lideri həmçinin qeyd edib ki, ölkənin sonunun fəlakətlə nəticələnə biləcək nəhəng bir uçurumun kənarından geri döndüyü gündən-günə aydınlaşır: "İndi aylarla birlikdə gəzdikləri, çox təriflədikləri, 13-cü prezidentimiz kimi aylarla millətə reklam etdikləri şəxsin adının hallanmasına belə tab gətirə bilmirlər. Bütün seçki məğlubiyyətini bir nəfərin üzərinə atdılar. Sanki digərlərinin heç bir məsuliyyəti yox idi. Onlar həyasızcasına yollarına davam etdilər. Onlar bütün prezidentliyə namizədləri, eləcə də öz bölgələrində olan hər kəsi siyasətdən kənarlaşdırdılar. 14-28 may seçkilərindən 8 ay keçsə də, CHP ilə keçmiş ortaqları arasında dava və səs-küy səngimir. Hər gün yeni bir qalmaqala oyanır və xüsusilə CHP-li vətəndaşlarımızın ümidlərini qıran Bizans oyununa şahid oluruq".

Ağarza Elçinoğlu