ABŞ Yəmən husilərinin mövqelərinə yenidən zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"ABŞ Mərkəzi Komandanlığı qüvvələri Qırmızı dənizdə gəmilərə qarşı buraxılmağa hazırlanan Husilərə məxsus iki mobil gəmi əleyhinə qanadlı raketə qarşı özünümüdafiə zərbələri endirib", - məlumatda deyilir.