Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələləri üzrə üçtərəfli işçi qrupu çərçivəsində dəmir yolu rabitəsinin necə bərpa oluna biləcəyi ilə bağlı ümumi anlaşma var. 

"Unikal" xəbər verir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"O cümlədən, söhbət Azərbaycandan Naxçıvana Ermənistanın Sünik bölgəsindən keçən dəmir yolundan gedir. Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasına gəlincə, Rusiya Bakı və İrəvana məsləhət xidmətləri təklif edir, çünki müvafiq eksklüziv topoqrafik materiallar yalnız Moskvada var", - Qaluzin bildirib.

Ağarza Elçinoğlu