"Qalibiyyət münasibəti ilə İlham Əliyevi təbrik edirəm". 

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb. 

"Prezident İlham Əliyevin etdiklərini Azərbaycan üçün heç kəs, heç bir zaman etməyib. O, tarixə Qalib İlham kimi düşəcək və onun prezidentlik illəri isə Azərbaycan tarixində qızıl dövr kimi yazılacaqdır", - deyə Saakaşvili rus, Azərbaycan və gürcü dillərində yazıb.