Ermənistan Aİİ ölkələrindən idxal olunan mallar üzərində sərhəd nəzarətini gücləndirəcək.

"Unikal" xbər verir ki, bu barədə respublikanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Xüsusilə, gömrük orqanının icazəsi olmadan İttifaqın üzvü olmayan dövlətin ərazisində boşaldılıb, yüklənibsə və yük əməliyyatları aparılıbsa, mallar Aİİ ölkələrindən idxal edilmiş kimi tanınmayacaq.
Tranzit bəyannaməsinə uyğun gəlməyən mallar da Aİİ ölkələrindən idxal edilmiş sayılmayacaq. Belə şərtlər altında onlar üçüncü ölkələrdə istehsal edildiyi kimi qeydiyyata alınacaqlar. Əgər onlar üçüncü ölkələrdə istehsal olunmaqla düzgün qeydiyyata alınmazsa, idxalı qadağan ediləcək.