İranın xarici işlər naziri Beyrut (Livan), Dəməşq (Suriya) və Dohaya (Qətər) səfər edəcək.

"Unikal" xəbər verir ki, İranın Livandakı səfiri cümə günü XİN başçısı Hüseyn Əmir Abdullahiyanın Beyruta səfər edəcəyi haqda məlumat verib.

Suriyanın "Əl-Vətən" qəzeti də İranın xarici işlər nazirinin şənbə günü Dəməşqə, oradan isə Dohaya gedəcəyini bildirib.

Səfərdən məqsəd hazırda baş verən prosesləri müzakirə etməkdir.